Aygün Kazımova arıqlamasının sirrini açdı

Aygün Kazımova arıqlamasının sirrini açdı
21:24 15 Aprel 2017
199 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımova necə arıqlamasının sirrini açıqlayıb.

 

Lent.az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni ”Xəzər maqazin”ə açıqlamasında deyib ki, artıq plastik əməliyyat etdirməyəcək:

 

"Sağlam qidalanmaqla arıqlayıram. Əvvəlcə analiz verib, məndə nə problem olduğunu öyrəndilər. Sən demə, oksigen çatışmazlığından əziyyət çəkirəm. Bunu müəyyən şirələr içməklə təmin edirəm. Vaxtında yatıb-dururam. Çəkimdə böyük dəyişiklik var, kənardan da hiss olunur. Önəmli olan çəki atmaq yox, sağlam arıqlamaqdır. Bu zaman həm bədən formaya düşür, həm də daxili orqanlar sağlam olur. Hazırda dünya ulduzları kimi həyat keçirirəm. Onlar böyük layihədən qabaq nə cür işlər görürlər, rejimə otururlarsa, mən də eləyəm".

 

A.Kazımova qızı İlqarənin də arıqlamasından danışıb: "Qızım arıqlamaq üçün başqa üsulu seçdi. Bu ağrılı əməliyyat deyildi. Gözün açıq olur, prosedurdan sonra da durub evinə gedirsən. Evdə mən qızımdan, qızım da məndən çəkimizi gizlədirik. İkimiz də çəkidən məmnun olanda, açıb bir-birimizə deyəcəyik".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR