Ərindən boşanan qadın neçə müddət gözləməlidir?

Ərindən boşanan qadın neçə müddət gözləməlidir?
21:37 15 Aprel 2017
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Ərin arvadı boşamağı (Talaq) halı ilə arvadın kişidən boşanmağı (iftida) vəziyyətində qadının gözləməli olduğu müddət eyni deyil.

Qadının boşanmağıyla əlaqədar ayələr belədir:

"Ey möminlər! Mömin qadınlar sizin yanınıza mühacir olaraq gəldikləri zaman, onları imtahana çəkin! Onların imanlarını ən yaxşı Allah bilir. Əgər o qadınların mömin olduqlarını öyrənsəniz, onları kafirlərə geri qaytarmayın. Nə bunlar onlara, nə də onlar bunlara halal olar. Onların bu qadınlara xərclədiklərini geri qaytarın. Bu qadınların mehrlərini (özlərinə) verdiyiniz zaman, sizin onlarla evlənməyinizdə hər hansı bir maneə yoxdur. Kafir qadınların ismətlərindən tutmayın, onlara xərclədiklərinizi istəyin. Onlar da öz xərclədiklərini istəsinlər. Bu, Allahın sizə hökmüdür; sizin aranızda O hökm edir. Allah hər şeyi bilən və doğru qərar verəndir" (Əl-Mumtəhinə, 60/10)

"Onlara verdiklərinizdən bir şeyi almaq sizə halal olmaz. Bu, Allahın qoyduğu hədd-hüdüdda dura bilməyəcəklərindən qorxduqları vaxt mümkündür. Əgər onların Allahın hökmlərinə riayət etməyəcəklərindən (Allahın qoyduğu hədd-hüdüdda dura bilməyəcəklərindən) siz də qorxsanız, qadının fidyə verib, özünü xilas etməyində heç biri üçün bir günah yoxdur. Bunlar Allahın qoyduğu hədlərdir, onlardan kənara çıxmayın. Allahın qoyduğu hədləri aşanlar zalimlərdir" (Əl-Bəqərə, 2/229)

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, boşanmaqla əlaqədar olaraq peyğəmbərdən (s.a.v.) nəql edilən bir əhvalat belədir:

Ənsardan Səhlin qızı Həbibə Sabit ibn Qeys ilə evli idi. Peyğəmbərimiz bir gün sübh namazına getmişdi. Birdən gördü ki, Həbibə alaqaranlıqda qapının ağzında dayanıb. Ondan kim olduğunu soruşdu. Qadın: "Səhlin qızı Həbibəyəm", - deyə cavab verdi. Peyğəmbər əleyhissəlam: "Sənə nə olub?", - deyə soruşduqda, o: "Sabit ilə birlikdə ola bilməyəcəyəm!", - dedi. Sonra Həbibənin əri Sabit gəldi və peyğəmbər əleyhissəlam ona belə dedi: "Budur Həbibə! Bayaqdan ağzına gələni dedi". Həbibə isə: "Ey Allahın elçisi! Onun mənə verdiklərinin hamısı durur", - dedi. Peyğəmbər əleyhissəlam Sabitə: "O malları ondan al!", - deyə buyurdu. Sabit də peyğəmbərin dediyi kimi etdi və Həbibə artıq valideynlərinin yanında yaşamağa başladı.1

Yuxarıdakı ayələr və hədisdən də aydın olacağı kimi, boşanma tələb edən yəni, iftidada olan qadının iddət gözləmə vəzifəsinin olmamağıdır. Çünki iddət əri tərəfindən boşanan qadının gözləməsi lazım olan bir müddətdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR