Sabirabadda qəza: qadın agır yaralandı

Sabirabadda qəza: qadın agır yaralandı
21:57 15 Aprel 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabadda baş verən avtoqəzada 52 yaşlı qadın ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun girişində "Opel" markalı avtomobillə "Qazel" markalı avtomobil toqquşub.
 
Nəticədə avtomobillərdən birində olan sərnişin, Saatlı rayonunun Məzrəli kənd sakini, 1965-ci il təvəllüdlü Əliyeva Qərənfil Əyyub qızı ağır kəllə-beyin travması alaraq Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
 
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR