Yüksək təzyiqi əngəlləməyin yolu

Yüksək təzyiqi əngəlləməyin yolu
22:17 15 Aprel 2017
203 Ölkə
Ölkə mətbuatı
A- A+

Ürək və damar sağlamlığına mənfi təsir edən yüksək təzyiq riskinə qarşı mütəxəssislər süd içilməyi təklif edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, aparılan araşdırmalarda, insanların uşaqlıqdan etibarən nizamlı süd içmələri halında, həyat keyfiyyətinə mənfi təsir edən yüksək təzyiqin müşahidə edilməsi ehtimalının daha aşağı olduğunu göstərir.
Tədqiqatlar kalsium, maqnezium və fosforun az istehlakının hipertoniya riski ilə əlaqəli olduğunu göstərir. Süd yüksək kalsium və kalium tərkibi ilə qan təzyiqi və hiper təzyiqin tənzimlənməsinə təsir edən mühüm qida qaynağıdır.
Yüksək təzyiq xəstələri az yağlı, ya da yağsız süd istehlak edərək qan təzyiqini nəzarət altına ala bilər.
Azalan kalsium qəbulunun qan təzyiqini artırdığına diqqət çəkən mütəxəssislər mövzu barəsində ətraflı əmlumat verdilər: "Kalsium, maqnezium və fosfor minerallarının qəbulu artırılaraq qan təzyiqində azalmanı təmin edə bilər. Kalsium deyəndə ağlımıza gələn ilk qida elementi süddür. Optimal qan təzyiqinin təmin edilməsində və sağlamlığının davam etdirilməsində hər gün süd və süd məhsullarının istehlakını təklif edirik."
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR