"Neftçi" böyükhesablı qələbə həsrətinə son qoyub.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" son üç mövsümdə ilk dəfə çempionat oyununda 3 və ya daha çox top fərqi ilə qalib gəlib.
Bakılılar Premyer Liqanın XXVI turunda AZAL-ı 4:0 hesabı ilə məğlub edib. Bu, paytaxt təmsilçisinin cari mövsümdə ilk böyükhesablı qələbəsi olub.
"Neftçi" heç ötən mövsümdə - 2015/16-da da belə uğur əldə etməmişdi. Paytaxt klubu sonuncu dəfə 2014/15 mövsümünün ilk yarısında darmadağın sevinci yaşamışdı. Bu, 2014-cü il noyabrın 2-nə təsadüf etmişdi.
Maraqlıdı ki, 2 il 6 ay öncə də eyni rəqib və eyni hesab olmuşdu. "Neftçi" 895 gün əvvəl AZAL-ı 4:0 hesabı ilə yenmişdi. Bundan sonra həmin çempionatın son 23, ötən mövsümün 36, cari birinciliyin 25 matçında böyük hesaba sevinməyən "ağ-qaralar" 84 oyundan və ya 895 gündən sonra azarkeşlərinə bunu bəxş edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində