"Neftçi"dən darmadağın - VİDEO

"Neftçi"dən darmadağın - VİDEO
22:18 15 Aprel 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında 26-cı turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, son 2 pillədə gedən "Neftçi" və AZAL komandaları "Bakcell Arena"da üz-üzə gəlib.

Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda 3 qol vuran flaqman oyunda son nöqtəni ikinci hissənin əvvəllərində qoyub. Qonaq komandadan Nuqzar Kvirtiya penaltidən təsəlli qolunu vura bilməyib.

Bununla da "Neftçi" xallarını 29-a çatdıraraq, ən azı bir günlük 6-cı pilləyə yüksəlib. AZAL isə 10 xalla 8-ci pillədə qalıb.

Günün ilk matçında "Sumqayıt"la "Zirə" heç-heçə edib - 1:1. Tura aprelin 16-da "Kəpəz" - "Qəbələ" və "İnter" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XXVI tur

15 aprel

18:30 "Neftçi” – AZAL - 4:0

Qollar: Zdenek Folprest, 13. Daniel Seqovia, 17. İqnasio Herrera, 35. Rəhman Hacıyev, 55.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/195204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR