İnsanların yanında olan bütün elm...

İnsanların yanında olan bütün elm...
23:12 15 Aprel 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Əzrəqi, "Əxbəru-Məkkə" kitabının 40-cı hədisində nəql edir. "Əbu Tufeyl bildirir: "İmam Əlinin (ə) xütbə edərkən belə dediyinin şahidi oldum: "(Hər bir şeyin barəsində) Soruşun məndən! Allaha and olsun ki, Qiyamətə qədər baş verəcək hər nə şey barəsində soruşsanız, onun barəsində sizə xəbər verərərm. Allahın Kitabı barəsində soruşun məndən! Allaha and olsun ki, hər bir ayənin gecəmi-gündüzmü, səhradamı-dağdamı nazil olduğunu bilirəm"".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əhməd ibn Hənbəl, "Fəzailus-Səhabə", hədis 1098-də nəql edir. (Tabein) Səid ibn əl-Musəyyib bildirib: "Peyğəmbərin (s) səhabələrindən bir nəfər də olsun belə deməyiblər ki, soruşun məndən. Bunu yalnız Əli ibn Əbu Talib deyərdi ki, (hər nə şey barəsində istədiyinizi) soruşun məndən".
Şeyx Kuleyni "Üsuli-Kafi"nin "Höccət" kitabı, 101-ci bab, hədis 2-də nəql edir: "Zürarə buyurur: "İmam Baqirin (ə) yanında idim. Kufə əhlindən olan bir kişi İmam Baqirdən (ə) İmam Əlinin (ə) belə buyurduğu: "İstədiyinizi soruşun məndən. Məndən nə soruşsanız, mütləq onun barəsində sizə xəbər verərəm" haqqında sual etdi. İmam Baqir (ə) buyurdu: "İnsanların yanında elmdən hər nə bir şey vardırsa, o elm (Peyğəmbərdən (s) sonra) Əmirəl-möminin Əlidən (ə) qaynaqlanmışdır. İnsanlar istədikləri yerə (elm dalınca) gedə bilərlər. Allaha and olsun ki, işin mənbəyi (həqiqi elmin mənbəyi) buradır". İmam Baqir (ə) bunu deyərkən əli ilə evinə işarə etdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR