Televizora çox baxmaq uşaqlara ziyandır

Televizora çox baxmaq uşaqlara ziyandır
23:17 15 Aprel 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Televiziyaya olan ciddi maraq hər yaş qrupundan olan insana mənfi təsir edə bildiyi kimi, xüsusən bu vəziyyətdən ən çox uşaqların əziyyət çəkdiyi məlumdur. Bəs televiziya uşaqlar üçün niyə bu qədər zərərlidir?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, uşaqlar nəyi və necə görmələrindən asılı olaraq, özlərində də onu həyata keçirirlər.
Problem həll etmək formasını televiziyada şiddət ilə görərsə, özünün də təcavüzkarlıq ilə problemlərini həll edəcəyinə inanır. Xüsusilə 0-3 yaş arasındakı uşaqlar, televiziya qarşısında dayandıqları vaxt ətraf mühitə laqeyd qalıb gec danışa bilərlər.
 
Baxdıqları cizgi filmi və seriallarda eşitdikləri slenq sözlər (müxtəlif sosial qruplarda işlədilən xüsusi, yeni mənalı sözlər) dil inkişafını ləngidir.
 
Davamlı bir hal almağa həvəsləndirən reklamlar, hər gördüklərini almaq davranışını möhkəmləndirir.
Uşaqları bu zərərlərdən qorumaq üçün nə etmək olar?
Televiziyaya ailəvi baxmaq lazımdır. Baxılan proqramdan sonra, hər şeyin yalnız bir qurama olduğuna vurğu edilməlidir.
Televiziyaya baxmaq vaxtı 1-2 saatdan artıq olmamalıdır.
3 yaşından kiçik uşaqlar 20 dəqiqədən çox televizora baxmamalıdır.
Otağa xüsusi televizor qoyulmamalıdır.
Valideynlər televizora baxmağı uşaqları üçün mükafat kimi istifadə etməməlidir.
Yaxından televizora baxıldığı vaxt gözlərinin zəifləyəcəyi uşaqlara izah edilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR