Rusiya zəhərini Yerevanın üzərinə tökəcək – Ermənistanda TƏLAŞ

Rusiya zəhərini Yerevanın üzərinə tökəcək – Ermənistanda TƏLAŞ
23:37 15 Aprel 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rusiya "rəngli inqilab" anlayışına kifayət qədər geniş yanaşır. Moskvaya görə, vətəndaşların itənilən seçimi "rəngli inqilab"dır".
 
Milli.Az modern.az-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrdə "rəngli inqilab"a imkan verməyəcəkləri barədə bəyanatını şərh edən erməni ekspert Ruben Meqrabyan bildirib.
 
Onun sözlərinə görə, Kreml Ermənistanda hakimiyyətin Moskvanın diktəsindən kənar formalaşmasının istənilən üsulunu Kreml "rəngli inqilab" kimi xarakterizə edir.  
 
"Az qala korrupsiya ilə mübarizəni, Avropa, Qərblə yaxınlaşmanı da "rəngli inqilab" kimi tanıyırlar. "Rəngli inqilaba" cəhd olacaqsa, aydındır ki, Rusiya öz zəhərini Ermənistanın üzərinə tökəcək".
 
Ekspert qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatna gəlincə, bu, Rusiyanın əlində güc vasitəsidir.
 
"Rusiya istənilən kütləvi hərəkatı boğmaq üçün bu təşkilatdan istifadə edə bilər. Rusiya etirazları "rəngli inqilab" adlandırıb onu yatırda bilər".
 
Aqşin KƏRİMOV

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/535534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR