Ömrünü Allah yolunda keçirən bir nəfər can üstündəykən imanını itirə bilər?

Ömrünü Allah yolunda keçirən bir nəfər can üstündəykən imanını itirə bilər?
23:37 15 Aprel 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani-Kərimə baxdıqda məlum olur ki, Allah kafirləri1 , fasiqləri2 , zalımları3 , yalançı və nankorları4 , həddi aşan yalançıları5 və ayələrinə inanmayanları6 yola gətirməyəcək. Çünki onlar zəlalət və azğınlığı seçiblər. Buna görə də Allah onları azğınlıqda qoyur.

Ancaq Allah Ona üz tutanı7 , rizasını qazanmaq istəyəni8 və yolunda nəsə etməyə çalışanı9 da hidayətə çatdıracağını bildirmişdir.  Allah Təala Ali-İmran surəsinin 101-ci ayəsində belə demişdir:

"Kim Allaha bağlanarsa, qəti surətdə düzgün yola yönəldilmiş olar."

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, deməli, bu kimi insanlar hidayəti seçmiş, onu təkcə istəməklə qalmayıb lazımi səyləri də göstərmiş insanlardır. Buna görə də Allah onları hidayətə çatdırmışdır.

Siz Allahın istədiyi kimi yaşamağa çalışsanız, son nəfəsdə də Allah sizinlə olar, imanınızı puç etməz:

"Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər." (Bəqərə, 2/277)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR