Natavan bu həmkarları ilə küsülüdür?

Natavan bu həmkarları ilə küsülüdür?
00:05 16 Aprel 2017
206 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Natavan Həbibinin həmkarı Zamiq Hüseynov və əməkdar artist Abbas Bağırovla küsülü olduğu xəbəri yayılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xəzər maqazin"ə açıqlamasında məsələ ilə bağlı sualları cavablandırıb.

O, A.Bağırovu çəkildiyi "Hozu" filminin qalasına dəvət etdiyini və bunların şayiə olduğunu söyləyib.

N.Həbibi "Bəs, qalada Zamiq niyə yox idi" sualına belə cavab verib:

"Gecəyə dəvətləri şirkət edirdi, məndən yalnız adlar soruşuldu. Ola bilsin Zamiqi yadımdan çıxarmışam. Hansısa tədbirdə ikimiz də ola bilərik, amma qarşılaşmadığımız üçün salamlaşmadıq. Abbas isə filmimin qala gecəsində var idi".

A.Bağırov isə məsələyə "Elə şey mümkün deyil. Natavan xanımdır, zərifdir. Onun gözəlliyinə baxıb, salam verməmək olar?" deyərək, münasibət bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/535541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR