“Sevdiyim insan var, amma o, bunu bilmir” - Təranə

“Sevdiyim insan var, amma o, bunu bilmir” - Təranə
00:17 16 Aprel 2017
226 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Ev gördü" verilişinin qonağı olan prodüser Təranə Səmədova maraqlı açıqlamalar verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Təranə şəxsi həyatından söz açarkən evlənmək istədiyini qeyd edib:

"Ola bilər. Həyatda heç vaxt, heç vaxt demək lazım deyil. İstəyərəm. Çünki bir anamdı, bir qızım, bir də mən. İstəyərəm qızıma arxa ola biləcək bir qardaşı olsun, mənə də dayaq ola biləcək bir insan. Amma əfsuslar olsun ki, elə bir insanı görə bilmirəm".

Prodüsser hazırda həyatında gizli də olsa, birinin varlığından söz açıb:

"İdeal biri yoxdu. Amma xaraktercə kişi olmalıdı. Bir kişi mən nə deyirəmsə, onunla razılaşırsa, mən ondan çəkinmirəmsə, onunla yola gedə bilmərəm. Sərbəstliyimi qurban verə biləcəyim kişi hazırda həyatımda var. O, elə düşünür ki, mənim sərbəstliyimi sərhədə ala bilməz, addım atmağa çəkinir. Mən də heç vaxt qürurumdan hiss elətdirə bilmərəm ki, sənin şansın var. Onu dəhşət çox istəyirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/535545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR