Şimali Koreya nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verməyə hazırdır

Şimali Koreya nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verməyə hazırdır
01:43 16 Aprel 2017
194 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya ABŞ tərəfindən nüvə hücumuna analoji zərbə ilə cavab verməyə hazırdır. Bunu Koreya Xalq Ordusunun vitse-marşalı Choe Ryong-Hae bəyan edib.

"Adi silahlarla müharibəyə adi silahlarla müharibə, nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verməyə hazırıq", KXDR-in banisi Kim Il-Sung-un doğulmasının 105-ci ildönümünə həsr olunmuş paradda çıxış edən Choe Ryong-Hae bildirib.

Ballistik raketlər, sualtı qayıqların ən yeni nümunələri paradda nümayiş etdirilən hərbi texnika arasındadır.

Aprelin əvvəlində Tramp bildirib ki, ABŞ hakimiyyəti Çinin yardımı olmadan da Şimali Koreya ilə "bacara bilər". (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR