Lənkəranda 55 yaşlı kişi bıçaqlandı

Lənkəranda 55 yaşlı kişi bıçaqlandı
03:14 16 Aprel 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranın Mamusta kəndində bıçaqlanma hadisəsi baş verib.

 

 

Lent.az-ın “report”-a istinadən xəbərinə görə, 55 yaşlı kənd sakini Qənbərov Əmənulla Fətəli oğlu qarının ön nahiyəsinin kəsimiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralı dərhal əməliyyat olunub.

 

 

Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Hadisə ilə bağlı zərərçəkən Ə. Qənbərovun həmkəndlisi olan Məmmədov Xoşbəxt Balağa oğlu saxlanılıb.

 

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR