Polina "Rusiya gözəli" seçildi

Polina "Rusiya gözəli" seçildi
09:17 16 Aprel 2017
203 Dünya
Ölkə mətbuatı
A- A+

Sverdlovsk vilayətindən olan Polina Popova "Rusiya gözəli-2017" müsabiqəsinin qalibi olub.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə müsabiqənin saytında məlumat yerləşdirilib.
Moskvadan olan Kseniya Aleksandrova vitse-miss, Başqırdıstan sakini Albina Axtyamova isə ikinci vitse-miss olub.

Qalibə ağ qızıldan hazırlanmış, mirvari və brilyantlarla bəzədilmiş tac, avtomobil və üç milyon rubl təqdim olunub.

Polina Popova Rusiyanı "Dünya gözəli" və "Kainat gözəli" müsabiqələrində təmsil etmək hüququ qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR