“Yuventus”a zədə şoku, “Barselona”ya qarşı oynayacaqmı?

“Yuventus”a zədə şoku, “Barselona”ya qarşı oynayacaqmı?
10:44 16 Aprel 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

“Yuentus” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında Dibalanın xidmətindən yaralanmaya bilər. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu zədələnib.

 

Belə ki, İtaliya A seriyasının “Peskara” ilə oyununda xəsarət alan futbolçu matçı yarımçıq tərk etmişdi. Qarşılaşma başa çatdıqdan sonra “qoca sinyora”nın baş məşqçisi Alleqri futbolçu haqqında sualı cavablandırıb: “Dibala ayağına zərbə alıb. Hələlik vəziyyəti haqqında qəti nəsə demək olmaz. “Barselona” ilə oyuna yetişib-yetişməyəcəyi zamanla bəlli olacaq. Qarşıda hələ 4 gün var”.

 

Qeyd edək ki, “Barselona” – “Yuventus” oyunu aprelin 19-da baş tutacaq. İlk matçda italiyalılar 3:0 hesablı qələbə qazanıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR