Bu gün Pasxa bayramıdır

Xristian dünyası bu gün Pasxa bayramını qeyd edir.

Metbuat.az bildirir ki, Pasxa bayramı qədim və xristian dünyasında ən önəmli bayramlardan biri hesab olunur. Bu dini bayram İsa Peyğəmbərin dirilməsi ilə əlaqadardı və hər il bahar fəslində qeyd olunur.

Pasxa bayramının qeyd olunma tarixi hər il dəyişir. Katoliklər, lüteranlar və pravoslavlar hər il Pasxa bayramını müxtəlif tarixlərdə qeyd edirlər, çünki bayramların tarixinin hesablanması prinsipləri fərqlidir. Nadir hallarda bütün xristianların bu bayramı eyni gündə qeyd etməsinə rast gəlinir. Bu il də bütün xristian dünyası - katoliklər, lüteranlar və pravoslavlar eyni gündə, aprelin 16-da bu dini bayramı qeyd edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR