Türkiyədəki referendumu 500 xarici jurnalist işıqlandıracaq

Türkiyədəki referendumu 500 xarici jurnalist işıqlandıracaq
12:08 16 Aprel 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Konstitusiya dəyişikliyi ilə bağlı Türkiyədə keçirilən ümumxalq səsverməsini izləmək üçün bu ölkəyə 500 xarici KİV təmsilçisi gəlib. Bundan başqa, Türkiyədə fəaliyyət göstərən xarici və yerli media nümayəndələri də referendumu işıqlandırmaq üçün qeydiyyatdan keçiblər.

Axar.az xəbər verir ki, bu barədə məlumat verən Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin (BYEGM) rəhbəri, Baş nazirin müşaviri Mehmet Akarca qeyd edib ki, Ankara, İstanbul və Diyarbəkir şəhərlərində KİV nümayəndələri üçün “Referendum 2017” media mərkəzləri yaradılıb. Referendumu izləmək üçün KİV təmsilçilərinə bütün şəraitin yaradıldığı bu mərkəzlər səsvermənin son nəticələri elan olunanadək fasiləsiz fəaliyyət göstərəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR