ABŞ aeroportunda qumbara tapıldı - İnsanlar evakuasiya edildi

ABŞ aeroportunda qumbara tapıldı - İnsanlar evakuasiya edildi
13:13 16 Aprel 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkda Con Kennedi adına Beynəlxalq Aeroportda təlim qumbarası tapılıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, bu barədə " CBS New York" telekanalı məlumat yayıb.

Qumbara tapılması ilə əlaqədar xidməti bina boşaldılıb. Təlim qumbarası binanın gömrük xidməti yerləşən hissəsində aşkarlanıb. Binaya gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, bu, təlim qumbarasıdır və hərbi təlimlərdə istifadə edilmək üçün aparılır.

Olay aeroportun terminalının işinə təsir etməyib, aeroport normal rejimdə fəaliyyət göstərib. Binadan evakuasiya edilən əməkdaşlar daha sonra iş yerlərinə qayıdıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR