Hələb qan gölünə döndü: 112 ÖLÜ

Hələb qan gölünə döndü: 112 ÖLÜ
13:22 16 Aprel 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Hələb şəhərinin Raşidin rayonunda təxliyə avtobusları yaxınlığında törədilmiş partlayış nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "Reuters" Suriyanın İnsan Haqları üzrə Rəsədxanasına istinaadən məlumat yayıb.

Qeyd edək ki, Raşidin rayonunda törədilən terror aktı nəticəsində ölənlər arasında qadınlar, uşaqlar da var. Hadisə zamanı 130-dan çox dinc sakin xəsarət alıb. 

İlkin məlumatda sərnişin avtobuslarının dayandığı yanacaqdoldurma məntəqəsi yaxınlığında kamikadzenin özünü partlatdığı bildirilirdi.

Fua və Kefrayə yaşayış məntəqələrindən təxliyə edilmiş sakinlərin olduğu avtobusların bir qismi terrorçuların nəzarəti altında olan Raşidin rayonu ərazisində qalıb. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR