"Məni yıxmaq istəyirlər" - Qədir Qızılsəs

"Məni yıxmaq istəyirlər" - Qədir Qızılsəs
14:37 16 Aprel 2017
175 Şou
Ölkə mətbuatı
A- A+

"Verilişlərə az gedirəm, bəzilərində özümü görmürəm. Qalmaqal edirlər, mənlik deyil".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Qədir Qızılsəs "Lider maqazin"ə açıqlamasında deyib. 

Sənətçi bildirib ki, verilişlərə gedəndə onlarla şərt kəsir:

"Əvvəlcədən danışıram ki, qalmaqal olmasın. Mən sənətlə gündəmə gəlmişəm, qalmaqalla yox. Belə yerdən qaçıram. Oxuduqları musiqi ilə tamaşaçının qəlbinə yol tapmırlar, qalmaqala əl atırlar. Tamaşaçıya mahnı ilə söz deyə bilmirlər. Məni xalq ifalarımla sevib. Beş il səhnədə, efirdə olmadım. Hansı müğənni olsaydı, silinib getmişdi. Xəstələndim, oxuya bilmədim. Amma geriyə qayıdanda eyni maraqla qarşılaşdım. Mahnılarımı çox oxuyurlar, amma adımı çəkmirlər. Azərbaycanın, Rusiyanın elə bir yeri yoxdur ki, orda toya getməyim. 

Məni o qədər arxadan vurub, ayağımın altını qazmağa, yıxmağa çalışanlar var ki...". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/535612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR