Azərbaycan əsgəri dünyanın ən çətin təlimində - VİDEO

Azərbaycan əsgəri dünyanın ən çətin təlimində - VİDEO
14:38 16 Aprel 2017
195 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri xüsusi təyinatlılarının "İsparta Eğirdir Dağ Xüsusi Təyinatlı” məktəbində təlimi baş tutub.

Publika.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 27 həftə davam edən kursun yayılan görüntüləri görənlərin nəfəsini kəsir. Türkiyənin dörd bir yanından könüllük prinsipinə uyğun olaraq seçilən, fiziki və psixoloji testlərdən keçirilən 51 komandos namizədi qeyri-mümkün göstərişləri bacarmaq üçün çalışır. Bu komandoslar kursu bitirdikdən sonra imtiyazlı statusa sahib olur və komandos birliklərində işləmək üçün prioritet personal ünvanını alır.

Ölümə meydan oxuyanlar arasında Azərbaycan və Şimali Kipr Türk Respublikasından gələn namizədlər də var. Bu testi qazanan namizədlər üçün isə 27 həftəlik çətin təhsilin startı verilir. Dünyanın ən çətin təhsillərində biri olaraq göstərilən İsparta Eğirdir Dağ Komandos Məktəbinə daxil olmaq hər bir hərbçi üçün böyük uğurdur.

Təlimdən görüntüləri təqdim edirik:


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/195257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR