Ancelina Coli

Ancelina Coli ərə getməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, 41 yaşlı aktrisa biznesmenlə ailə quracaq. Bred Pitlə yollarını ayıran Colinin biznesmenlə ötən il tanış olduğu deyilir. Sevgilisi Los-Ancelesə gələrək, Bredlə Ancelinanın uşaqları ilə tanış olub.

Bred Pit isə xəbərə məyusluqla cavab verib.

Qeyd edək ki, eks cütlük 12 evli olub, 2016-cı ilin sentyabrında isə boşanmağa qərar verib. Onların 6 uşaqları var, uşaqlardan üçü himayəyə götürülüb. Ancelina uşaqların onda qalması üçün mübarizə aparır.

Bred Pitlə Colinin ayrılıq səbəbi kimi xəyanət və uşaqların tərbiyəsi məsələsində fikir ayrılığı göstərilir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR