Azərbaycanlılar bu gün dəfn olunur: Parlamentdə narazılıq - VİDEO

Azərbaycanlılar bu gün dəfn olunur: Parlamentdə narazılıq - VİDEO
14:53 16 Aprel 2017
178 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün daşqın nəticəsində həyatını itirən azərbaycanlıların dəfn mərasimi başlayıb.

Axar.az xəbər verir ki, bu məqsədlə mərasimdə iştirak edənlər üçün avtobuslar ayrılıb. Dəfn mərasimi əsasən Əcəbşir şəhərinin Çinar kəndində keçiriləcək. Bildirilir ki, ölənlərin böyük əksəriyyəti bu kənddəndir.

Bu arada Böhran Qərargahı daşqın nəticəsində ölənlərin sayının 48 nəfərə çatdığını rəsmən elan edib.

İran parlamentində Urmiya millət vəkili Qazipur isə hakimiyyəti sərt tənqid edib. Bir neçə dəqqə öncəki çıxışında o, Ruhani hökumətini bu qədər itkiyə rəğmən, İranda matəm elan etməməkdə suçlayıb.

Qeyd edək ki, ötən gün şiddətli yağışlar səbəbindən Şərqi Azərbaycan vilayətində yaranan daşqınlar faciəyə yol açıb. Sel fəlakəti nəticəsində Azərşəhr və Ərəbşir şəhərlərində və bu şəhərlərə yaxın kəndlərdə böyük dağıntilar baş verib, 48 nəfər dünyasını dəyişib, xəsarət alanlar var. Evsiz qalanların sayı isə yüzlərlədir.

Şərqi Azərbaycan valiliyi Güney Azərbaycanda matəm elan edib, İran hakimiyyəti isə sadəcə başsağlığı verməklə kifayətlənib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR