Tarkan referendumda səs verdi

Məşhur müğənni, türkiyəli meqastar Tarkan referendumda səs verib.

Müğənni İstanbulun Sarıyer səmtindəki seçki məntəqəsində növbəsini gözlədikdən sonra kabinəyə daxil olaraq seçimini edib.

Daha sonra bülleteni qutuya atan Tarkan “Xeyirli olsun” deyib.

Məntəqənin qarşısında isə vətəndaşlar meqastarla fotolar çəkdiriblər. İnsanların istəyini rədd etməyən Tarkan jurnalistlərin də suallarını cavablandırıb:

“Vətəndaşlıq vəzifəmi yerinə yetirdim. Səsimi verdim, gedirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR