"Nəhənglərlə mübarizədən qalib çıxmaq üçün "Arsenal" nə edə bilər?"

"Nəhənglərlə mübarizədən qalib çıxmaq üçün "Arsenal" nə edə bilər?"
15:52 16 Aprel 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Tyerri Anri keçmiş klubu "Arsenal"ın yayda yeni transferlər etməkdə çətinlik çəkəcəyini proqnozlaşdırır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı ekspert fikrini belə əsaslandırıb.

"Transfer bazarında "Arsenal" təkcə "Barcelona", "Real", "Manchester United"lə mübariə aparmır. Artıq "Juventus" və PSG də pul xərcləməyə hazırdır. Bu nəhənglərlə mübarizədən qalib çıxmaq üçün "topçular" nə edə bilər? Özil və Sançezin gələcəyi qeyri-müəyyən olaraq qalır. Onların gedəcəyi, yoxsa qalacağı bilinmir. Digər futbolçular bunu görüb "Arsenal"a marağı itirirlər. Oyunçular öz aralarında danışır. Sabah Neymar Sançezə zəng edib "Arsenal" barədə soruşsa, Aleksis ona nə cavab verər?"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR