Məşhur aşpaz seçkidə iştirak etdi

Qeyri-adi ət kəsmək bacarığı ilə “instagram” –ın ulduzuna çevrilən Türkiyəli aşpaz Nüsrət Gökçə bu dəfə də diqqət cəlb edib.

Metbuat.az xəbər verir ki, Türkiyədə keçirilən referenduma qatılan aşpaz seçki bülletenini qutuya qeyri-adi formada atıb.

Qeyd edək ki, aşpazın sosial şəbəkədə paylaşdığı foto və videolar onu qısa zamanda dünyanın hər yerində məşhur edib.

Milyonlarla sosial şəbəkə istifadəçisi onun şərəfinə həştəq yaradıb. Nüsrətin xüsusilə əti kəsdikdən sonra qolunu qaldırıb üzərinə duz səpməsi böyük maraq və gülüş doğurub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR