"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Şəmxani

"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Şəmxani
16:18 16 Aprel 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.

Publika.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tərəflər terrorizm və güc tətbiqinin bölgə, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək bu çağırışlara qarşı mübarizədə iki ölkənin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu bildirib. Eyni zamanda regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/195264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR