Əfqanıstan Rusiyadan kömək istədi

Əfqanıstan Rusiyadan kömək istəyib.

Mətbuat.az xəbər verir ki, Əfqanıstan hakimiyyəti ordu və polis sisteminin gücləndirilməsinə dəstək məqsədilə Rusiyaya müraciət edib.

Əfqanıstan XİN-in siyasət və strateji planlaşdırma üzrə departamentinin direktoru Məhəmməd Əşrəf Heydəri məsələ ilə bağlı14 apreldə Moskvada keçirilən görüşdə çıxış edib.

Görüş zamanı Əfqanıstanın ordu və polis siteminin gücləndirilməsi məqsədilə maddi və texniki dəstəyə ehtiyacı olduğu bildirilib. Əsas diqqət isə Rusiya istehsalı olan vertolyotlarla bağlı məsələyə verilib.

Heydəri qeyd edib ki, aparılan antiterror əməliyyatları iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdırıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR