​Səhv göndərilən mesajları silə biləcəksiniz

1 milyarddan çox istifadəçisi olan “WhatsApp” mesajlaşma platforması daha bir yenilik ilə istifadəçilərini sevindirəcək.

Metbuat.az xəbər verir ki, səhvən göndərilən mesajları artıq tamamilə silmək mümkün olacaq.

Əvvəl tədbiq edilən yenilik səhvən göndərilən mesajları ləğv etmək funksiyasını nəzərdə tuturdu. Ancaq tədbiq olunan bu yenilik vasitəsilə səhvən göndərilən mesajları zaman məhdudiyyəti olmadan silmək mümkün olacaq.

Qeyd edək ki, yenilik mobil tətbiqlərdən başqa veb versiyada da işləyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR