“Beşiktaş”a şad xəbər

“Beşiktaş”a şad xəbər
16:34 16 Aprel 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Lion”la qarşılaşacaq “Beşiktaş”a zədəli futbolçusundan şad xəbər gəlib. Apasport.az saytının məlumatına görə, iki komanda arasındakı ilk oyunu zədə səbəbindən buraxan Rikardo Quarejma növbəti qarşılaşmaya qədər hazır olacaq.

 

Bu barədə xəbəri “Sabah” qəzeti yayıb. Türkiyəli həmkarlarımız bildiriblər ki, portuqaliyalı oyunçu “Trabzonspor”la oyunda zədələnəndən sonra artıq ümumi komanda ilə məşq edir. Onun ikinci matçda meydana çıxacağı gözlənilir.

 

Qeyd edək ki, “Beşiktaş” – “Lion” matçı aprelin 20-də baş tutacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR