Soçi yoqa üçün ən uyğun məkandır

Soçi yoqa üçün ən uyğun məkan seçilib.

Metbuat.az xəbər verir ki, Rusiya yoqa-tur agentliklərindən biri Soçini bu ada layiq görüb. Yoqa üzrə keçirilən seminar və treninqlərdən məlum olub ki, turistlər daha çox Soçiyə üz tutur. Həmin turistlərin sayı isə 300 min nəfərə yaxındır.

1 nəfərlik yoqa turu gediş haqqını çıxmaqla, 10-30 min rubla başa gəlir.

Beləliklə də, Krasnodar vilayəti tərtib edilmiş reytinqdə liderlik əldə edib.

Digər yerləri isə Krım, Stavropol, İrkutsk vilayəti, Altay, Kareliya, Adıgey, Buryatiya götürüb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR