Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var

Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var
17:23 16 Aprel 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Şəmkir-Gədəbəy avtomobil yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az APA-ya istinadən xəbər verir ki, qəza yolun 13-cü km-də qeydə alınıb.

"Niva" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti orta-ağır, ikisinin vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR