Azərbaycana 1400 avtomobil gətirildi

Azərbaycana 1400 avtomobil gətirildi
17:37 16 Aprel 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-mart aylarında Azərbaycana ümumilikdə 1431 ədəd avtomobil idxal olunub.

Milli.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən axar.az-a bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 69 ədəd və ya 5,1 faiz artıb.

Ölkəyə gətirilən avtomobillərin 25-i sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1185 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 195 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 26 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR