Putini parodiya etdilər

Amerikalı aktyor Rusiya prezidenti Putini parodiya edib.

Metbuat.az xəbər verir ki, ABŞ-da yerli telekanallardan birində yayımlanan “Beka Benetlə Şənbə gecəsi şou” su aktyora böyük uğur gətirib. Onunbundan əvvəl fərqli çıxışları olsa da, Rusiya prezidentini parodiyası yaradıcılığında pik olub.

“Əvvəllər küçədə mənə sevgilərini etiraf edənlər, indi "Salam Putin" deyə müraciət edir” deyən aktyor bundan məmnunluq hissi keçirdiyini bildirib.

“Mən bu rolumla Putini özünə güvənən və yüksək idarəçilik qabiliyyətinə malik şəxsiyyət kimi təqdim etmişəm. Düşünürəm ki, Vladimir Putin rolumla tanış olsa, bu onun mütləq xoşuna gələcək” deyə Benet qeyd edib.

Qeyd edək ki, aktyor yaradıcılığında ilk dəfə olaraq rolunu rus dilində ifa edib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR