İsko: "Bəxtim gətirib ki..."

İsko: "Bəxtim gətirib ki..."
18:27 16 Aprel 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid"in yarımmüdafiəçisi İsko Primeranın 32-ci turunda "Sporting"lə matçda dubl etməklə komandasının qələbəsində (3:2) əsas pay sahibi olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra açıqlama verən ispaniyalı havbek bunları deyib:

"Bu klubda qalmaq istədiyimi bir neçə dəfə demişəm. Ümid edirəm ki, uzun illər "Real"ın şərəfini qoruyacam. Buna inanmasam, demərəm. Həmişə fikrimi aydın ifadə etmişəm. Başa düşmürəm ki, insanlar daha çox meydana çıxmaq istədiyimə niyə təəccüblənirlər. Mən dünyanın ən yaxşı komandasında forma geyinirəm. "Real"dan daha böyük klub yoxdur. Bəxtim gətirib ki, burdayam".

İskonun adı "Barcelona" ilə hallanırdı. Bundan sonra məlum olmuşdu ki, "Real"ın prezidenti Florentino Perez onun müqaviləsinə "Barcelona"ya keçməyi qadağan edən bənd daxil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR