Rusiyada AĞIR QƏZA: Ölən və yaralananlar var

Rusiyada AĞIR QƏZA: Ölən və yaralananlar var
18:37 16 Aprel 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Kirov vilayətində bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" Daxili İşlər Nazirliyinin Regional İdarəsinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, "Mercedes Sprinter" avtomobilinin "Ford Transit" mikroavtobusu ilə toqquşması nəticəsində 12 nəfər xəsarət alıb. Hadisənin Kirov-Sovetsk avtomobil yolunun 16-cı kilometrliyində baş verdiyi bildirilir. 

Qeyd olunur ki, qəzaya səbəb "Mercedes Sprinter" avtomobilinin qarşıdan gələn "Ford Transit" mikroavtobusunun yoluna çıxması olub. Nəticədə mikroavtobusun 1 sərnişini ölüb, hər iki nəqliyyat vasitəsinin sürücüsü, habelə 10 sərnişin xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/535684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR