Vaqif Cavadov: "İnanmıram ki, bir daha..."

Vaqif Cavadov: "İnanmıram ki, bir daha..."
18:47 16 Aprel 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

"Mən heç nə deyə bilmərəm. Zəif oynadıq və uduzduq".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu sözlər AZAL-ın futbolçusu Vaqif Cavadova məxsusdur. "Təyyarəçilər" Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Netfçi"yə böyükhesabla məğlub olub - 0:4. Oyundan sonra açıqlama verən Cavadov fikirlərini bildirib. O, çox zəif oynadıqlarını deyib:

"İnandırım sizi, heç nə danışa bilmirəm. Əsəbiyəm. Çox zəif oynadıq. İnanmıram ki, bir daha belə bərbad futbol oynayaq".

Cavadov bütün qolları eyni səhvdən buraxdıqlarını vurğulayıb: "Öz səhvlərimizə görə uduzduq. Bütün qolları eyni səhvin ucbatından buraxdıq".

Millimizin sabiq üzvü gələcək planlarından da söz açıb: "Mövsümün sonuna 2 oyun qalıb. İnşallah,mövsümün sonunda hər şeyə aydınlıq gələcək. Əlbəttə, yeni klubum sonuncu pillədə olan komanda olmayacaq. İddialı klubda olacam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR