UEFA-dan "Beşiktaş" - "Lion" oyunu ilə bağlı vacib QƏRAR

UEFA-dan "Beşiktaş" - "Lion" oyunu ilə bağlı vacib   QƏRAR
18:57 16 Aprel 2017
141 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçriləcək "Beşiktaş" - "Lion" oyunu ilə bağlı qərar verilib. Fanat.Az xəbər verir ki, qarşılaşmaya fransız azarkeşlər buraxılmayacaq.


Bu barədə UEFA və Fransanın Türkiyədəki səfirliyi ortaq qərar qəbul edib. Qərarda bildirilir ki, "Vodafone Arena"da yalnız komandanın futbolçu və texniki heyəti, bir də klub prezidenti Jean-Mişel Aulas olacaq. Stadionun VİP tribunasına bilet almaq istəyən "Lion" azarkeşləri belə bu şansdan yararlana bilməycək.


Qeyd edək ki, komandalar arasında baş tutan ilk oyun olaylar səbəbindən 45 dəqiqə gec başlamışdı.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-uefa-dan-quotbeiktaquot-quotlionquot-oyunu-il-bal-vacib-t57647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR