Hacıqabulda ərəblər mikroavtobusa atəş açdı - FOTO

Hacıqabulda ərəblər mikroavtobusa atəş açdı - FOTO
19:05 16 Aprel 2017
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda ov edən turistlərin gülləsi yol ilə hərəkət edən avtomobilə dəyib.

Milli.Az report.az-a istinadən bildirir ki, ov tüfəngindən açılan atəş "Mercedes" markalı mikroavtobusun alın şüşəsinə dəyib.

İnsident nəticəsində sürücü və sərnişinlər xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Bərdə rayonundan olan sürücü İman Seyidovun iddiasına görə, atəşi açanlar Hacıqabulda çöl quşu ovlayan ərəblər olub. Hadisə o, şəxsi avtomobili ilə Bakıya gedən zaman baş verib. Sürücü ona təqribən 1000 manat dəyərində ziyan dəydiyini bildirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/535688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR