Əllamə Məclisinin ləqəbi niyə “Məclisi”dir?

Əllamə Məclisinin ləqəbi niyə “Məclisi”dir?
19:17 16 Aprel 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Əllamə Mühəmməd Baqir Məclisinin atası Mühəmməd Təqi Məclisi də böyük din alimi olub. Mühəmməd Təqi Məclisinin atasının adı Məqsud Əli olmuşdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, məqsud Əli İsfahan əsilli şair idi, "Məclisi" təxəllüsündən öz şeirlərində istifadə edirdi. Ehtimala görə, Məqsud Əli cəmiyyət içində olmağı xoşlayan şəxs olduğu və məclislərdə tez-tez iştirak etdiyi üçün özünə bu təxəllüsü götürmüşdü. Mühəmməd Təqi Məclisi (Əllamə Məclisinin atası) bəzi yazılarına imza qoyarkən özünü "Mühəmməd Təqi ibn Məclisi" kimi təqdim etmişdir (o cümlədən, Şeyx Səduqun "Mən la yəhzuruh əl-fəqih" adlı məşhur hədis toplusuna yazdığı "Rövzət əl-müttəqin" şərhində də belə etmişdir).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR