Pasxaya görə telefonunu satdı

Hindistanlı Pasxaya görə öz telefonu və kompyuterini satıb.

Metbuat az xəbər verir ki, Coşua Levi adlı hindistanlı Britaniyadan Rusiyaya pasxa tədbirini təşkil etməyə gəlib. Konsert 22 apreldə Roma-katolik kilsəsində keçiriləcək.

"Mən Britaniyaya uşaq ikən gəlmişəm. Britaniyada təhsil aldıqdan sonra Rusiyaya gəldim. Bu konsert Qərb və Şərq xristianlarının dostluğu naminə təşkil olunub. Mahnılar rus və ingilis dillərində səsləndiriləcək. Tədbirdə Şopen adına Moskva Dövlət Kollecinin tələbələri və Moskva Politexnik Universitetinin akadamik xoru da iştirak edəcək" deyə Levi bildirib.

Qeyd edək ki, konsertin məkanı üçün pul tələb edilməsə də, Coşua reklam işləri üçün mobil telefonu və kompyuterini satmalı olub.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR