"Mən bunu futbol saymıram" - Roman Qriqorçuk

"Mən bunu futbol saymıram" -   Roman Qriqorçuk
19:27 16 Aprel 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqaтın XXVI turunda "Qəbələ"yə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssislərin jurnalistlərin suallarını cavablandırıb. 


- Oyun haqda nə deyə bilərsiniz?

- "Kəpəz" qələbəyə layiq idi. Mövsümdə ilk dəfədi ki, rəqib bizdən üstün oyun sərgilədi. Özü də bütün komponentlərdə. Ancaq bu da bir dərsdi. Təhlil edib nəticə çıxartmalıyıq.


- Komandada motivasiya görmədik. Bu, qızıl medaldan əlinin üzülməsi ilə əlaqədar idi?

- Qismən razıyam. Psixo-emosional durumumuz ürəkaçan deyildi.


- Fasilədən sonra fərqli "Kəpəz" və fərqli "Qəbələ" gördük...

- Razıyam. "Kəpəz"də fantastik istək var idi.


- Hakimlik ve meydandan narazılığınız yoxdu?

- Mövsüm ərzində olub. Amma son oyunlarda heç bir iradım yoxdu. Meydançaya gəlincə, əvvəlkitək pis deyildi. Həm də rəqibin oyunu her şeyi göstərir və deyir.


- İkinci hissənin əvvəlində müdafiə və hücum arasında dəlik yarandı. Tez açılmadınız?

- Ümumiyyətlə, ikinci hissənin futbolu mənə yaddı. Bu azarkeşin xoşuna gələ bilər. Amma mən bunu futbol saymıram.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmn-bunu-futbol-saymramquot-t57649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR