Cocuq Mərcanlıda gün ərzində 918 qəlpə aşkarlandı - FOTO

Cocuq Mərcanlıda gün ərzində 918 qəlpə aşkarlandı - FOTO
19:27 16 Aprel 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 16-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 918 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə, 33 min 541 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan Milli.Az-a bildiriblər ki, 58 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi yeddi partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 856 min 680 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 16-dək 5129 partlamamış hərbi sursat, tank əleyhinə 81 mina və piyada əleyhinə 9 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 913 min 444 kvadratmetr ərazi yoxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/karabah/535692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR