"Qəbələ" Gəncədə büdrədi - VİDEO

"Qəbələ" Gəncədə büdrədi - VİDEO
20:03 16 Aprel 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, Gəncə şəhər stadionunda "Kəpəz" "Qəbələ"ni qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Julyen Ebah və Dario Federiko vurub. Ebah 70-ci, Federiko 90+4-cü dəqiqədə fərqlənib. Bununla da "Qəbələ" çempionluq şanslarını faktiki itirib.

Saat 18:30-da başlanacaq görüşdə "Qarabağ" səfərdə "İnter"ə qalib gəlsə, ardıcıl 4-cü dəfə çempionluğunu təmin edəcək. Hazırda "Qarabağ"ın 53, "Qəbələ"nin 49, "İnter"in 43 xalı var. "Kəpəz" isə xallarını 30-a çatdıraraq, 6-cı pilləyə yüksəlib və Avropa Liqasına vəsiqə verən 4-cü yerə iddiasını saxlayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/195279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR