Ağacda bitən şiitake göbələyi

Ağacda bitən şiitake göbələyi
20:12 16 Aprel 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Çində Böyük Min İmperiyası zamanı rəsmi olaraq uzunömürlülüyü təmin edən dərman elan olunduğuna görə şiitake göbələyini "imperator göbələyi" adlandırırdılar. Onun bitdiyi yer qorunar, göbələklər isə imperatorun həyətinə qoyulardı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qədim göbələk növü olan şiitake gözəl dad və müalicəvi keyfiyyətə malikdir. Rəngi sarımtıl-qəhvəyidən tutmuş tünd-qonur rəngə qədər olur. Şiitake qəlyənaltı hesab edilir, xoş dadı və ətrinə görə kulinariya, tibb və kosmetologiyada yüksək qiymətləndirilir. Ondan hazırlanan yeməklər Asiya mətbəxində ən məşhur və ləziz təamlardan biridir. Dadlı olduğuna görə, Asiya ölkələrində də onu qida məqsədilə yetişdirilir və marketlərdə təzə və marinad şəklində satılır.

Şii - cırtdan şabalıdın bir növünün adı, take isə yapon dilindən tərcümədə göbələk deməkdir, hərfi tərcümədə "şabalıdda bitən göbələk" mənası verir. Lakin bu, onun yalnız şabalıdda bitməsi kimi qəbul edilməməlidir, digər ağaclarda da ona rast gəlmək olar. Göbələyin harada bitməsi onun müalicəvi xüsusiyyətlərinə təsir göstərmir. Təəssüf ki, onunla bağlı çoxlu müalicəvi reseptlər unudulub. İngilis botaniki Maylz Cozef Berkli ilk dəfə onun müalicəvi keyfiyyətlərini araşdırıb.

Şiitake qanda xolesterin və şəkərin miqdarını azaldır, insulin sintezini artırır. D vitamininin azlığı ilə üzləşənlərə ondan istifadə etmək məsləhət görülür. Əhvali-ruhiyyəni yaxşılaşdırır, orqanizmi, xüsusən sinir sistemini tonuslandırır. Yaponiya, Çin, Hindistan, Sinqapur, Vyetnam və Koreya Respublikasının səhiyyə nazirlikləri onu xərçəng əleyhinə rəsmi dərman preparatı kimi qəbul ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR