Ağsuda “VAZ” dirəyə çırpıldı: 2 yaralı

Ağsuda “VAZ” dirəyə çırpıldı: 2 yaralı
20:29 16 Aprel 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə,  hadisə bu gün Ağsu-Bico avtomobil yolunda qeydə alınıb.

 

Rayonun Kəndoba kənd sakini, 1970-ci il təvəllüdlü Abdullayev Ziyad Məhərrəm oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən avtomobilin şinlərindən biri qəflətən yerindən çıxdığı üçün sürücü idarəetməni itirib və avtomobil yolun kənarındakı elektrik dirəyinə çırpılıb.

 

Hadisə zamanı sürücü Ziyad Abdullayev və sərnişini, 1988-ci il təvəllüdlü Niftullayev Şəhriyar Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

     

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR