Binəqədidə 200-dən çox ailə əziyyət çəkir - VİDEO

Binəqədidə 200-dən çox ailə əziyyət çəkir - VİDEO
20:52 16 Aprel 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində Baksol yaşayış massivində 200-dən çox ailə ərazidən keçən yolda piyada keçidinin olmamasından əziyyət çəkir.

Xüsusilə də məktəbə gedən uşaqlar yol keçərkən böyük təhlükə ilə üzləşirlər.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ərazidən ağır yük maşınları və digər avtomobillər sürətlə şütüyür. Nəticədə isə yolun bir tərəfindən digər tərəfinə keçmək demək olar ki, mümkünsüz hala gəlir.
Ərazidə yaşayan sakinlər bildirirlər ki, piyada keçidi olmadığına görə ərazidə dəfələrlə qəzalar baş verib. Yolu təhlükəsiz keçmək üçün isə bəzən onlarla dəqiqə gözləmək lazım gəlir. Sakinlər problemlərinin həll edilməsi üçün aidiyyati qurumlardan kömək gözləyirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/535707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR