Qəbələdə avtomobil qəzası ölümlə nəticələndi

Qəbələdə avtomobil qəzası ölümlə nəticələndi
21:03 16 Aprel 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Qəbələ rayonunda baş verən ağır avtomobil qəzası zamanı xəsarət alan şəxslərdən biri də bu gün dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə aprelin 15-də Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Qəbələnin Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.

Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1995-ci il təvəllüdlü Nəbiyev Fərid Rəşid oğlu idarə etdiyi “VAZ 2109” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb. Hadisə zamanı sürücü Fərid Nəbiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, avtomobildəki 2 sərnişin, Vəndam qəsəbə sakinləri, 1996-cı il təvəllüdlü Həlimov Fərid Əlibala oğlu və 1991-ci il təvəllüdlü Niftəliyev Mübariz Qurbanəli oğlu ağır bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən və komada olan F. Həlimov həkimlərin səyinə baxmayaraq bu gün dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR