“Qarabağ”ın ilk ulduzu

“Qarabağ”ın ilk ulduzu
21:12 16 Aprel 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Azərbaycan futbolu tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi ardıcıl 4 dəfə ölkə çempionu olan ilk komanda adını qazanıb.

2013/14, 2014/15 və 2015/16 mövsümlərində də qızıl medallara yiyələnən Qurban Qurbanovun yetirmələri bu dəfə sona 2 tur qalmış rəqibləri üçün əlçatmaz olub. "Qəbələ"nin Gəncədə "Kəpəz"ə 0:2 hesabı ilə uduzmasından sonra səfərdə "İnter"i 3:0 hesabı ilə məğlub edən "Qarabağ" xal hesabını 56-ya çatdırıb. 49 xala malik "Qəbələ" çempiondan 7 xal geri qalıb.

Bunadək ardıcıl çempionluq sayında rekordun şəriki olan ağdamlılara qədər "Neftçi" 3 dəfə qızıl medalı sıralamışdı. Bakılıların 2010/11, 2011/12 və 2012/13 mövsümlərindən sonra rəsmiləşən "het-trik"ini ötən il təkrarlayan "Qarabağ" daha uzağa gedə bilib.

Bu mövsüm qazanılan uğur klub tarixində 5-ci olub. İlk çempionluğunu 1993-cü ildə bayram edən əyalət təmsilçisi artıq 5 qat ölkə çempionudur.

Bu isə rəmzi olaraq ulduz daşımaq hüququ verir. Belə ki, əksər yarışlarda 5 dəfə qalib gələn komanda loqosu və formasında ulduz nişanı əks etdirmək haqqı qazanır. Azərbaycan çempionatlarında indiyədək yalnız "Neftçi" bunu bacarmışdısa, "Qarabağ" ulduzuna qovuşan 2-ci komanda olub.

Ümumiyyətlə isə "Neftçi" hamıdan çox - 8, "Qarabağ" 5 dəfə çempion tituluna yiyələnib. "Kəpəz"in 3, "İnter", "Bakı", "Şəmkir"in hərəyə 2, "Turan"la "Xəzər Lənkəran"ın 1 qızıl medalı var.

mövsüm

çempion

1992

"Neftçi" Bakı

1993

"Qarabağ" Ağdam

1993/94

"Turan" Tovuz

1994/95

"Kəpəz" Gəncə

1995/96

"Neftçi" Bakı

1996/97

"Neftçi" Bakı

1997/98

"Kəpəz" Gəncə

1998/99

"Kəpəz" Gəncə

1999/2000

"Şəmkir"

2000/01

"Şəmkir"

2001/02

yarımçıq qalıb

2003/04

"Neftçi" Bakı

2004/05

"Neftçi" Bakı

2005/06

"Bakı"

2006/07

"Xəzər-Lənkəran"

2007/08

"İnter" Bakı

2008/09

"Bakı"

2009/10

"İnter" Bakı

2010/11

"Neftçi" Bakı

2011/12

"Neftçi" Bakı

2012/13

"Neftçi" Bakı

2013/14

"Qarabağ" Ağdam

2014/15

"Qarabağ" Ağdam

2015/16

"Qarabağ" Ağdam

2016/17

"Qarabağ" Ağdam

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR